Qırmızı.az
Sabah da külək olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 25-də hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Güclü şimal-qərb küləyi axşama doğru
mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a daxil olan məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraitinin iyunun 25-i gündüzədək davam edəcəyi, 25-i axşama doğru küləyin tədricən mülayimləşəcəyi gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 25-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı