Qənirə Paşayeva Mərakeşin naziri ilə Xocalı Soyqırımı həqiqətlərindən danışıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Mərakeşin naziri ilə Xocalı Soyqırımı həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Fransada Mərakeşin Ailə, Qadın və Sosial İnkişaf naziri Bassima Hakkaoui ilə görüşüb.

Millət vəkili Azərbaycanın Mərakeş ilə bütün istiqamətlərdə və sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib vəiki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib.

Azərbaycan parlamentinin Mərakeşlə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri , 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədəətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Millət vəkili QənirəPaşayeva Mərakeşin Ailə, Qadın və Sosial İnkişaf naziri Bassima Hakkaouiyə Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində vəsonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündəəks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları təqdim edib.

Millət vəkili nümayəndə heyətinə həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Millət vəkili Qənirə Paşayeva xanım nairi hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib.

Mərakeşin Ailə, Qadın və Sosial İnkişaf naziri Bassima Hakkaoui Azərbaycana r səfər etməkdən məmun olacağını bildirib və Mərakeş Krallığının Azərbaycanla bütün sahələrdə, o cümlədən rəhbərlik etdiyi sahədə də münasibətlərin inkişafına böyük önəm verdiklərini qeyd edib.

İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən nazir beynəlxalq təşkilatlar çərçivəsindəəməkdaşlığın daha da genişlənməsinin önəmini dəvurğulayıb və bu əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğuna diqqət çəkərək qarşılıqlı səfərlərin və işbirliyinin artmasının önəmini qeyd edib, İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu xüsisi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm