3 nəfər xilas edildi
Bizi izləyin

Qırmızı.az

3 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Astara rayonu ərazisində dənizdə (“Astara” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Astara” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:28-də başa çatmışdır.

Publika.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin “Bilgəh” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:50-də başa çatmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm