Evə gəldim gördüm toyuqları aparıblar - Video
Bizi izləyin

Qırmızı.az

Evə gəldim gördüm toyuqları aparıblar - Video

Abşeronda qohumların borc üstündə düşən davası qətillə nəticələnib.

Publika.az ANS TV-yə istinadən məlumat verir ki, Novxanı qəsəbəsində qeydə alınan hadisə zamanı qəsəbə sakini 24 yaşlı Yusifov Vüqar İsmayil oğlu qohumları Asif və Vasif Məmmədovlar qardaşları ilə mübahisə edib. Tərəflərin mübahisəsi sonda davaya çevrilib ki, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayit Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, Vasif Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəblərinə gəlincə isə, Vüqar Asifdən evləri üçün nisyə bir neçə toyuq götürüb. Amma Asifin, ya toyuqlar, ya da pul təkidi sonda qohumları üz-üzə qoyub.

Saxlanılan şəxs Vüqar Yusifov: "Gəldim evə gördüm toyuqları aparıblar. Dedim ki, ya pulunu verəcəm, ya da toyuqları”.

Bunu görən Vüqar Yusifov məsələyə aydınlıq gətirmək üçün üz tutub qardaşların yanına. İsti qohumluq münasibətlərini soyudan toyuq söhbətinin sonu isə qanlı bitib.

Vüqar Yusifovun sözlərinə görə, üstümə gəldilər vurmaq istədilər, mən də özümü qorumaq üçün vurdım.

Evli və iki uşaq atası olan Vüqar hadisədən dərhal sonra Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Rayon Prokurorluğuna təhvil verilib. Hazırda qətlin dəqiq baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm