Azərbaycanlı gizir Xalq artisti adını aldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı gizir Xalq artisti adını aldı

Ötən gün prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb.

Publika.az ANS PRESS-ə istinadən bildirir ki, prezident İlham Əliyev məşhur Azərbaycan müğənnisi Anatollu Qəniyevin oğlu gizir Heydər Qəniyevə Xalq artisti adı verilməsi ilə bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində göstərdiyi xidmətlərə görə bu fəxri ada layiq görülüb.

Qeyd edək ki, gizir Qəniyev Heydər məşhur azərbaycanlı müğənni Anatollu Qəniyevin oğludur. 60-cı illərin əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olan Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya, Ərəb ölkələrində və s. qastrol səfərlərində olub. Badamlı, Nuş olsun, Naz-naz və s. dillər əzbəri olmuş mahnıları ifa edib. "Koroğlu", "Ulduzlar sönmür", "Möcüzələr adası", "Mehman", "Alma-almaya bənzər" kimi kinofilmlərdə mahnıları səslənib.

Anatollu Qəniyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm