AŞPA Azərbaycanda insan haqları üzrə yeni məruzəçisini seçdi
Bizi izləyin

Qırmızı.az

AŞPA Azərbaycanda insan haqları üzrə yeni məruzəçisini seçdi

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) keçirilən İnsan haqları Komitəsinin iclasında "Azərbaycanda insan haqları" üzrə məruzəçi Pedro Agramunt seçilib.


Bununla bağlı məlumatı BBC Azərbaycancaya yeni məruzəçinin təyin olunması ilə bağlı təşəbbüsü qaldıran deputat Mişel Mcnamara (Michael McNamara) verib.


"O, mənim irəli sürdüyüm namizəd olmasa da, ona uğurlar arzulayıram. Bu, Parlament Assambleyasına etimadı artırmaqda böyük rol oynayacaq" - deyə cənab Mcnamara deyib.


Məlumata görə cənab Agramuntun vəzifəsi Azərbaycanda insan haqlarını və xüsusilə siyasi məhbuslar məsələsini məruzə etmək olacaq.


İspaniyalı deputat Pedro Agramunt hazıra Azərbaycanın öhdəliklərini yerinə yetirilməsilə bağlı həmməruzəçilərdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm