.jpg)
Hər zaman qalmaqalların mərkəzində olan müğənni Nadir Qafarzadə yenidən şok açıqlama verib.
ANS telekanalında yayımlanan "Günə baxan" verilişində qonaq
qismində iştirak edən ifaçı övladı barədə danışıb. Azərbaycan
respublikasının silahlı qüvvələri gününə həsr olunuş mövzuda
danışan Nadir oğlunu mütləq şəkildə hərbi xidmətə göndərəcəyini
deyib:
"Hərbi xidmət çəkməyən gəncləri başa düşmürəm, bu axı necə ola
bilər? Hər kəs vətənə borcunu ödəməlidir. Mənim oğlum da hərbi
xidmətə mütləq getməlidir, amma əgər getməkdən imtina etsə onu
övladlıqdan silərəm"- deyərək fikirlərini bildirib.
N. Qafarzadə daha sonra isə hər kəsi bu bayram münasibəti ilə
təbrik edib və sevilən mahnılarını səsləndirib.