
Bu gün Silahlı Qüvvələr Günü münasibətilə Qusarda bayram şənliyi keçirilib.
ANS PRESS-in məlumatına görə, tədbirin girişində Azərbaycan
şəhidləri və Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad
ediblər.
Bundan sonra hərbçilər hərbi yürüş ediblər. Daha sonra hərbçilər
Heydər Əliyev Mərkəzini və onun abidəsini yad ediblər.
Tədbirdə iştirak edən Qusar rayon N saylı hərbi hissənin komandiri
Oruc Abdullayev ANS PRESS-in bölgə müxbirinə bildirib ki, ordumuz
günü-gündən inkişaf edir.
“Biz heç vaxt torpaqlarımızn işğal olunması ilə barışmamışıq. Ali Baş Komandanının əmrini gözləyirik. Biz hər zaman döyüşə başlamağa hazırıq”, - deyə Oruc Abdullayev bildirib.
Daha sonra tədbirdə təntənəli şəkildə Azərbaycan bayrağı ucaldılıb.
Tədbir hərbçilərimiz bacarıqlarını nümayiş etdirməklə davam
edib.