Gəncədə avtobus "VAZ"-a çırpılıb: 2 ölü, 4 yaralı
Bizi izləyin

Qırmızı.az

Gəncədə avtobus "VAZ"-a çırpılıb: 2 ölü, 4 yaralı

Gəncə-Daşkəsən yolunun 1-ci km-də ağır yol qəzası baş verib.

Kəpəz TV məlumat verir ki, avtobusla minik maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daşkəsən istiqamətində hərəkətdə olan 7 saylı xətt üzrə hərəkət edən avtobus idarəetmənin itirilməsi nəticəsində qarşı tərəfdən gələn "VAZ 2106"-ya çırpılıb. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü 35 yaşlı İlqar Babayev hadisə yerində, onun 66 yaşlı anası Mahirə Babayeva isə xəstəxanada dünyasını dəyişib. Avtomobildəki sərnişin - sürücünün bacısı 45 yaşlı Tahirə Nağıyeva və avtobusdakı 3 sərnişin Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşdiriliblər.

"İsuzu" markalı sərnişin avtobusunun baş verən nasazlıq səbəbindən idarəetmənin itirilməsi nəticəsində "VAZ"-la toqquşduğu bildirilir. Avtobusda sürücü və 16 sərnişin olub.

Polis hadisənin dəqiq səbəblərini araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm