Lənkəran sakinini bıçaqla qətlə yetirib qaçan şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Lənkəran sakinini bıçaqla qətlə yetirib qaçan şəxs tutuldu

Lənkəran sakinini qətlə yetirib hadisə yerindən qaçan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Lənkəran şəhərinin Göyşaban kəndi ərazisində şəhər sakini Elnur Kişiyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçmış Bəhruz Mikayılov tutulub.

Bundan başqa, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Qaraxan Həsənova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Səməd Əliyev tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm