"Mən imkanlı ailə ilə qohum olmamışam" – Rövşən Əkbərov - Özəl
Bizi izləyin

Qırmızı.az

"Mən imkanlı ailə ilə qohum olmamışam" – Rövşən Əkbərov - Özəl

Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov qızına dəbdəbəli nişan etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

General-leytenant R.Əkbərov Publika.az-a açıqlamasında deyib ki, iyunun 24-də “Jumeirah Bilgah Beach Hotel”in restoranında qızının nişan mərasimi olub:

"Həmin restoranda yer elə bahalı deyil. Bunu həmin adamlar gedib araşdıra da bilərlər. Onlar bununla yalan danışırlar. Adam kişi olar. Bu barədə kim nə yazırsa, bir az kişi kimi yazsın. Olmayan şeyə münasibət bildirmək də istəmirəm.

Nişanı da biz oğlan evi ilə bir yerdə etmişik. Orada da yerin qiyməti 250 manat deyil. Digər tərəfdən isə nişanda yeyib-içmək stolu da olmayıb. Adi şirniyyat stolu olub. Rəhbərlik tanış-dost olduğu üçün hörmət də edib. Stolun da adambaşına olan qiyməti 39-41 manat arasıdır. Kim istəsə, zəng edib restoranın administratorundan da soruşa bilər. Yalandan adımıza nə üçün söz çıxarırlar?

Mənim 4 övladım var, nişanı olan da qızımdır. Övladlarım böyüyənə kimi atasının üzünü görməyib. Mən müharibə qurtarandan sonra, 1998-ci ildə Bakıya qayıtmışam. O zaman da övladlarımın 8-9 yaşları var idi. Mənim haqqımda bu cür sözlər danışanlar da o vaxtı isti yorğanın altında yatırdılar. Hər bir normal azərbaycanlı insan sevinməlidir ki, hər hansı namuslu-qeyrətli Azərbaycan ailəsinin övladları ailə həyatı qurur. Bu isə bizim gələcəkdə genefondumuzdur. Mən hər bir subaya, gəncə arzu edirəm ki, ailə həyatı qurub xoşbəxt olsun Mən imkanlı ailə ilə də qohum olmamışam. Qohum olduğum adam adi, sadə bir insandır.

Oğlanın atası hər hansı böyük vəzifədə işləmir, tanınmış adam deyil, bir idarədə "prorab" işləyir. Anası da evdan xanımdır. Hətta qızımı o qədər tanınmış ailədən istəyən olub. Ancaq qızım kimi sevib seçibsə, mən də ona vermişəm. Mən heç vaxt var-dövlət güdməmişəm. Hər zaman düşünmüşəm ki, balam xoşbəxt olsun. Ağıllı və namuslu-qeyrətli oğan olsun, qızımı ömrünün axırına kimi qoruya bilsin. Mən ancaq bunu düşünmüşəm. Mənə var-dövlət lazım deyil. Özüm də kasıbçılıqla böyüyən, əziyyətə qatlaşan adam olmuşam.Çox sağ olun ki, siz də mənə vaxtında zəng vurub, bu məsələni aydınlaşdırdınız və cəmiyyətə düzgün olan informasiyanı çatdırdınız".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm