Qırmızı.az
Qanunsuz reklam yayımı dayandırıldı
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən fiziki şəxs Bağırov Elmar Eldar oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirib.
Publika.az-ın məlumatına görə, mağazanın vitrin pəncərəsində "ENDİRİM 30-40%" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş Elmar Bağırov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ