Ailəsi dağılan kişinin çürümüş meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Ailəsi dağılan kişinin çürümüş meyiti tapıldı

Ötən gün Qubada kişi meyiti tapılıb.


Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, rayonun Külər kəndində orta yaşlı kişi meyitində çürümə əlamətləri olub.


Araşdırmalar zamanı həmin şəxsin kimliyi məlum olub. Məlum olub ki, bu, 1978-ci il təvəllüdlü Elşən Fazil oğlu Əsədovdur. Onun uzun müddət spirtli içki aludəçisi olduğu deyilir. Hətta bir müddət Bakıda müalicə alırmış.


Onun meyitinin yanından araq butulkası da tapılıb. Ehtimal olunur ki, E.Əsədov ölməmişdən əvvəl spirtli içki qəbul edib. Meyitin üzərində xəsarət izləri aşkar edilməyib. Lakin Elşən Əsədovun yaxınları onun qətlə yetirildiyini iddia edirlər.


Qeyd edək ki, Elşən Əsədov spirtli içki aludəçisi olduğu üçün 8 ay əvvəl ailəsi dağılıb.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm