Elmi kadr hazırlığının monitorinqi aparılıb
Bizi izləyin

Qırmızı.az

Elmi kadr hazırlığının monitorinqi aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Sabirə Allahverdiyeva doktorant və dissertantların anket məlumatları əsasında 2003-2013–cü illərdə respublikada elmi kadr hazırlığının monitorinqini təqdim edib.

Publika.az-ın məlumatına görə, on ildə ümumilikdə 12 min 557 doktorant və dissertant qeydə alınıb. Doktorant və dissertantların illər üzrə paylanması cədvəlindən məlum olmuşdur ki, onların sayının ən çox olduğu il 2007 (1554), ən az olduğu il isə 2011-ci ildir (548). Doktorant və dissertantların cinsi tərkibinə görə sayına gəldikdə isə, müraciət edənlərin 6 min 793-ü kişi, 5 min 764-ü isə qadın olub.

Doktorant və dissertantların elm sahələri üzrə paylanması cədvəlində isə ilk 3-lüyü iqtisad, filologiya və texniki elmlər tutur. Məlumatda doktorant və dissertantların AMEA və digər elm, təhsil müəssisələri üzrə paylanması, onların sayına görə ilk onluqda yer alan elmi müəsissələr və s. barədə statistik göstəricilər də yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm