TQDK 14 şəhər və rayonda imtahan keçirib
Bizi izləyin

Qırmızı.az

TQDK 14 şəhər və rayonda imtahan keçirib

Buraxılış imtahanı ana dili və riyaziyyat fənlərindən olub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 14 şəhər və rayonunda buraxılış imtahanları keçirib.

.

TQDK-nın Xaçmaz Regional Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, şimal bölgəsi üzrə 1560 şagirdin iştirak etdiyi buraxılış imtahanları Xaçmaz rayonunda yaradımış 3 mərkəzdə təşkil edilib. Bu mərkəzlərdə imtahanların idarə edilməsi üçün, ümumilikdə 12 rəhbər və 128 nəfər nəzarətçi müəllim ayrılıb.

.

Bu imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları müəssisələrə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak ediblər.

Saat 11.00-da başlanan imtahanlar 2 saat müddətində aparılıb.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili) və riyaziyyat fənləri üzrə keçirilib.

TQDK-nın Xaçmaz Regional Bölməsindən bildirilib ki, buraxılış imtahanı bütün mərkəzlərdə nəzərdə tutulmuş vaxtda başlamış və uğurla başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm