Narazı müəllimlər Təhsil İdarəsinə müraciət edə bilər
Bizi izləyin

Qırmızı.az

Narazı müəllimlər Təhsil İdarəsinə müraciət edə bilər

10-13 iyun tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində iştirak edən hər bir müəllimin cavab kartı bakuedu.az saytında yerləşdirilib. Bunun üçün müəllimlər iş nömrəsi, məktəb kodu və doğum ilini daxil etməklə şəxsi səhifəsini yarada bilər.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Elektron cavab kartı müəllimlərin Sınaq Qiymətləndirilməsində doldurduğu cavab kartı ilə eynidir.

“Elektron cavab kartında variant, bölmə, fənn səhv göstərilibsə və ya nəticələrinizlə hələ də tanış ola bilmirlərdə bu o deməkdir ki, həmin müəllimlər Qiymətləndirilmə zamanı informasiyanı cavab kartında səhv qeyd edib.
Bu səbəblərdən yaranan problemləri bildirmək üçün bakuedu.az saytındakı müraciət forması dolduraraq İdarəyə ünvanlamalıdırlar.Nəticələri ilə razı olmayan müəllimlər isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Xan Şuşinski 17) ərizə ilə müraciət etməkləri tövsiyə olunur”.

Bu gündən etibarən 4 gün ərzində Qiymətləndirilmənin aparılması ardıcıllığı ilə sual kitabçaları bakedu.gov.az saytına yerləşdiriləcək.

Sualların düzgün cavabları hər bir müəllimin şəxsi səhifəsində cavab kartı ilə birlikdə yerləşdirilib. Ləğv olunmuş suallar ulduz işarəsi ilə qeyd edilib.


Qeyd edək ki, bu gün 10 iyunda Sınaq Qiymətləndirilməsi aparılmış fənlərin sual kitabçaları yerləşdiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm