
Seçimlər iyulun 2-dən 10-dək internet vasitəsilə həyata keçiriləcək.
TQDK 9 illik bazada kolleclərə qəbul olmaq istəyən
abituriyentlərə müraciət edib. Publika.az xəbər verir ki, bu barədə
TQDK-nın rəsmi facebook səhifəsində qeyd edilib:
Əziz dostlar! Səhifəmizə ünvanladığınız çoxsaylı sualları nəzərə
alaraq bu məlumatları bir daha nəzərinizə çatdırırıq və xahiş
edirik ki, məlumatları diqqətlə oxuyasınız.
İstər 9-cu sinifi bu il bitirən, istərsə də əvəlki illərin
məzunları üçün hər bir fənn üzrə abituriyentin balları
hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilib. İxtisas
seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az
olmayan abituriyentlər buraxılır. İxtisas seçimi iyulun 2-dən
10-dək internet vasitəsilə həyata keçiriləcək. Yəni müsabiqə
şərtlərini ödəyən abituriyentlər www. tqdk. gov.az saytına daxil
olaraq ixtisas seçimi edəcəklər. Bu il qəbul aparılacaq ixtisaslar
və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar 3 saylı
"Abituriyent" jurnalında təqdim olunub.