Qırmızı.az
Bakıda ağac maşının üstünə aşdı
Bakıda küləkli havanın fəsadları yenə
də daha çox ağacların aşması ilə müşahidə
edilib.
Publika.az-ın məlumatına görə, bu gün daha da
güclənən külək zamanı 3-cü mikrorayon dairəsi yaxınlığında Seyid
Cəfər Pişəvari, 38 ünvanının qarşısında ağac “VAZ 21 07” markalı
avtomobilin üzərinə aşıb.
Şahidlərin sözlərinə görə, ağac aşan zaman
avtomobildə adam olmadığından xəsarət alan olmayıb. Maşına ciddi
ziyan dəyib. Ağacın digər budağının aşdığı istiqamətdə dayanmış
maşına isə heç nə olmayıb. Ötən gündən başlayan güclü külək
nəticəsində paytaxtın müxtəlif yerlərində oxşar hadisələr baş
verib. Ağacların aşması zamanı xəsarət alan olmasa da, bəzi
yerlərdə avtomobillərin hərəkətində maneələr
yaradıb.
Bu gün saniyədə 18-23 metr sürətlə müşahidə edilən
küləkli hava, sabah günortaya qədər davam edəcək. Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun
məlumatına görə, sabahdan hava mülayimləşəcək.
Proqnozlar şöbəsinin direktor müavini Gülşad
Məmmədovanın sözlərinə görə, iyulun birində, bu gün müşahidə
etdiyimiz küləkli hava şəraiti günorta saatlarında tədricən
mülayimləşəcək: “Havanın dəyişkən buludlu olacağı, tədricən
tutulacağı gözlənilir. Temperatur 32-33 dərəcə olacaq. Bölgələrdə
də bu gün muşahidə edilən yağıntılı hava şəraiti sabah
kəsiləcək”.
Abşeron çimərliklərində dəniz suyunun hərarəti
müsbət 21-24 dərəcə arasında dəyişəcək.
Qeyd edək ki, son on gündə, ölkə ərazisində
qeyri-sabit və küləkli hava şəraiti müşahidə
edilir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO