Toyota aşdı: 3 ölü
Bizi izləyin

Qırmızı.az

Toyota aşdı: 3 ölü

Goranboy rayonunda dəhşətli yol qəzası baş verib. Nəticədə 3 nəfər həyatını itirib.

Publika.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının Goranboyun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Üzü paytaxt, Bakı istiqamətində avtomobilini idarə edən 43 yaşlı Qabil Qasımov “Toyota Land Cruiser” markalı avtomobili aşırıb. Avtomobil bir neçə dəfə yuvarlanıb, nəticədə sürücü və avtomobildə olan sərnişinlər, 69 yaşlı Abgül Qasımova və 47 yaşlı Faiq Qasımov hadisə yerində ölüb. Onların digər ailə üzvü 51 yaşlı İlkin Qasımova isə Gəncədəki xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm