Qırmızı.az
Nərgiz Paşayeva AMEA-nın müxbir üzvü seçildi
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum
olub.
Publika.az-ın məlumatına görə, səsvermə
nəticəsində akademiyaya 26 həqiqi və 50 müxbir üzv
seçilib.
AMEA-nın müxbir üzvlüyünə seçilənlər arasında
filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın
da adı var.
O, “Ədəbiyyatşünaslıq” ixtisası üzrə AMEA-nın
müxbir üzvü seçilib.
Qeyd edək ki, Nərgiz Paşayeva 13 dekabr 1962-ci
ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı
Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1986-cı ildə
"M.Sabirin novatorluğu" mövzusunda namizədlik dissertasiyasını
müdafiə edərək 1987-ci ildə filologiya elmləri namizədi, 2004-cü
ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki"
(xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq
dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik
dərəcəsi alıb. 1987-ci ilin mart ayından BDU-nun filologiya
fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında (2004-cü
ildən adı "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasına dəyişdirilib)
assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
2005-ci ildən "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının
professoru və müdiridir. 1994-cü ilin oktyabr ayından Üzeyir
Hacıbəyov adına Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat"
kafedrasının professoru və müdiridir. 2006-cı ildən BDU-da
fəaliyyət göstərən filologiya elmləri doktoru və namizədlik
dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının
(D.02.181) sədridir. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq
əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2007-ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ilin iyun ayından
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının
rəhbəridir. 3 monoqrafiyanın, 4 kitabın dərsliklərin, elmi və dövri
mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl "ÜNS"
yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, "Azərbaycan
mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə heyətinin üzvü,
"Azərbaycan-İrs" jurnalının ədəbi şöbəsinin redaktoru,
İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir. Ölkənin birinci
xanımı Mehriban Əliyevanın bacısı, rəssam Altay Sadıxzadənin həyat
yoldaşıdır.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi