Sərdar Cəlaloğlu Rəsul Quliyevi ittiham etdi
Bizi izləyin

Qırmızı.az

Sərdar Cəlaloğlu Rəsul Quliyevi ittiham etdi

“Şah İsmayıl Xətaini fars millətinin nümayəndəsi kimi təqdim etmək milli-mənlik şüurunun aşağı olmasından xəbər verir”.

Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında eks-spiker Rəsul Quliyevin Şah İsmayıl Xətaini İran şahı adlandırmasına münasibət bildirərkən deyib.
R. Quliyevin niyə belə dediyini anlamadığını deyən ADP sədri bildirib ki, öz dövlət xadimlərimizi başqa millətin nümayəndəsi kimi təqdim etmək, başqasının tariximizə müdaxilə etməsinə göz yummaq kimi bir şeydir.
“Rəsul müəllimin dinə münasibəti mənfidir və Şah İsmayılı da məhz dini ideologiyaya görə tənqid edir. İran anlayışı ümumiyyətlə coğrafi anlayışdır.

1920-ci illərə qədər İranda mövcud olan hakimiyyətlərin heç biri o adla tanınmayıb. Pəhləvilər hətta İran adlandırmırdı. Təxminən 500 il Cənubi Azərbaycanda Azərbaycan türklərinin sülaləsi əvvəlcə səfəvilər, sonra əfşarlar və qacarlar. Bütövlükdə dünya tarixində böyük iz buraxıblar. Azərbaycan xalqının bu gün formalaşmasında və dövlət qurulmasının əsasında əslində məhz Şah İsmayıl Xətai, Nadir şah və Qacarın dövlətçilik təcrübəsi, onların apardığı işlər durur, ərazilərimizin müəyyənləşməsi məhz həmin sülalələr dövründə olub. Azərbaycan türkünün türk kimi ayağa qalxması və dünya xalqları arasında özünə yer tutması yenə həmin dövrdə olub”-deyə S. Cəlaloğlu R. Quliyevlə razılaşmadığını bildirib.

Qeyd edək ki, R. Quliyev Şah İsmayıl Xətainin tanınmış İran şahlarından biri olduğunu iddia edib: “Əsas məqsədi də şiəçiliyi inkişaf etdirməklə hakimiyyətini gücləndirmək olub. Ona görə də dünyada yaşayan 1 milyard 400 min müsəlmanın 1 milyard 100 milyonu şiəçilik ideyasının, başqa sözlə Şah İsmayıl Xətainin əleyhinədir. Ondan 200 il sonra İranın Türk mənşəli, şərqin Napaleonu adlandırılan, həm də min illiyin ən qüdrətli sərkərdələrindən biri olan Nadir şah şiələrlə sünnilərin arasında müəyyən körpü yaratmaq, fundamentalizmdən uzaqlaşmaq istəyib.

Ancaq terrorla öldürüldüyündən işini başa çatdıra bilməyib. Tarixi təhrif etmək olmaz. Şah İsmayılın müsbət cəhətləri ilə yanaşı düzgün olmayan addımlarını da qeyd etmək hökmən lazımdır. Mən analiz verəndə Ərdoğanın gördüyü işlə Gülənin işlərini müqayisə etmişəm. Şah İsmayıl Xətaiyə gələndə Ərdoğan nəinki ona nifrət edir və hətta şiələrin qırılmasında məmnuniyyətlə iştirak edir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm