Qırmızı.az
22 abituriyent imtahandan çıxarılıb
Ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 14925 abituriyentdən 1249 nəfəri imtahana gəlməyib.
22 abituriyent imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub. Abituriyentlərdən 9288 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. 2 abituriyent ən yüksək nəticə göstərərək 57 bal toplayıb. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilib. İmtahanın nəticələri iyun ayının 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Əlavə məlumatları “Abituriyent” jurnalının 3-cü sayından və TQDK-nın internet saytından öyrənmək olar.
Gülxar
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ