23 yaşlı qadın intihar etmək istədi
Bizi izləyin

Qırmızı.az

23 yaşlı qadın intihar etmək istədi

Bu gecə Bakının Yasamal rayonunda 23 yaşlı qadın yaxınlarına böyük həyəcan yaşadıb.


Yasamal Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində yaşayan 23 yaşlı M.S.-nın huşsuz bədəni yataq otağında tapılıb. Hadisə yerinə həkim çağırılıb və qadını ağır halda xəstəxanaya yerləşdiriblər.


Bildirilib ki, M.S. çoxlu dərman içərək özünü öldürmək istəyib. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas ediblər.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm