1200 manata görə 25 000 manat itirdi
Bizi izləyin

Qırmızı.az

1200 manata görə 25 000 manat itirdi

İyunun 29-da günorta saatlarında Yevlax rayonunun Kövər kəndində ildırım vurması nəticəsində kənd sakini Fikrət Nəbiyevə məxsus “Yaylaq” kəndli fermer təsərrüfatında 13 baş camış tələf olub. İldırım camışları sahədə söyüd ağacının kölgəsində suda olduqları vəziyyətdə vurub.

25 min manatdan artıq zərər

Heyvanları ildırımı vurması nəticəsində dəyən zərər 25 min manatdan çoxdur. Təsərrüfat rəhbəri Fikrət Nəbiyev fins.az-a bildirib ki, ildırım vuran heyvanların sığortası olmayıb: “İlk dəfədir ki, başımıza belə bir hadisə gəlir. Camışları sığortalamamışıq. Hazırlaşırdıq ki, sığortalayaq, ildırım imkan vermədi”.

Camışları sığortalamaq olar

Sığorta şirkətlərindən fins.az-a veriləm məlumata görə, iri buynuzlu inək, camış kimi heyvanları sığortalmaq mümkündür. Burada sığorta tarifləri 3-6% arasında dəyişir. Franşiza isə 10-20% təşkil edir.

“Onları 1170 manata sığortalaya bilərdik”

Sığorta bazarında mal-qaranın fərdi qaydada sığortasına az halda rast gəlinsə də, onları sığortalamaq mümkündür. “Alfa” sığorta şirkətinin sığorta və təkrarsığorta departamentinin direktoru Abbas Miskərli fins.az-a deyib ki, ildırım vuran camışları sığortalamaq olardı: “Məsələn, camışın birinin qiymətini 2000 manatdan götürsək, ildırım vuran 13 camışı 1 il üçün 1170 manata sığortalamaq olardı". Mütəxəssisin sözlərinə görə, heyvanların sığortasında franşiza yüksək olur: "Heyvanlarda sığorta hadisəsi zamanı dəyən zərər tamamilə məhv olma olduğuna görə, sığorta şirkəti məhv olan heyvanın qiymətini ödəməli olur. Bu da təbii ki, azadolma məbləğinə təsir edir”.

"Heyvanların sağlamlıq arayışı olmalıdır"

"Alfa sığorta"nın sığorta eksperti Sabir Süleymanov isə fins.az-a bildirib ki, heyvanların sığortalanması üçün sayı, saxlama şəraiti və yaşı nəzərə alınır: “İnəklər 9, camışlar isə 14 yaşına qədər sığortalanır.Tövlələrin yerləşmə yeri uyğun olmalıdır. Xüsusi talvarlar olmalıdır. Yoluxucu xəstələliklərin yayılmaması üçün ventilyasiya sistemi qurulmalı, su şəffaf olmalı, yem rasionu düzgün qurulmalı, heyvanların sağlamlıq arayışı olmalıdır”.

“Sığortalanmaq üçün minimum 5 heyvan olmalıdır”

“Başak İnam” sığorta şirkətindən isə fins.az-a verilən məlumata görə isə, heyvanların sığortasında sığorta tarifləri heyvanın dəyərinin 3-5% faizi arasında dəyişir: "Heyvanların sığortalanması üçün onların sayı minimum 5 baş olmalıdır. Bundan başqa, heyvanların saxlanma və yemləmə şəraiti normal olmalı, inəklər arasında məsafə gözlənilməli, peyvəndlənmə vaxtında aparılmalı, temperatur və digər amillər nəzərə alınmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm