Mobil nömrələrin daşınması xidməti ilə bağlı yenilik
Bizi izləyin

Qırmızı.az

Mobil nömrələrin daşınması xidməti ilə bağlı yenilik

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətini elektronlaşdıraraq istifadəçilərin ixtiyarına verib.

Publika.az-ın ictnews.az-a istinadən verdiyi xəbərə görə, “Elektron hökumət” portalı üzərindən təqdim olunan bu xidmət vasitəsilə mobil nömrələrin daşınma xidmətindən istifadəsi ilə bağlı məlumat əldə etmək mümkünləşib:

“Xidmətdən yararlanmaq üçün istifadəçi mobil nömrəni müvafiq bölməyə daxil edərək “Göndərmək” düyməsini sıxmaqla asanlıqla məlumat ala bilər”.

Qeyd edək ki, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidməti portalda qeydiyyatdan keçmədən istifadə oluna bilən xidmətlər sırasında yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm