"VAZ" iki piyadanı vurdu, biri öldü
Bizi izləyin

Qırmızı.az

"VAZ" iki piyadanı vurdu, biri öldü

Bu gecə Sabunçu rayon ərazisində bir piyadanin ölümü ilə nəticələnən ağır yol qəzasi ərazisində qeydə alinib.

Sabunçu Rayon Polis İdarəsinin mustəntiq Fikrət Quliyevin Publika.az-a verdiyi məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rövşən Nəzərov idarə etdiyi “VAZ-2107” markalı maşınla hərəkət edən zaman yolu keçən piyadalar - 1979-cu il təvəllüdlü Nazim Vəliyevi və 1980-ci il təvəllüdlü Tofiq Qasımovu vurub. Qəza nəticəsində xəsarət alan Tofiq Qasimov hadisə yerində dünyasını dəyişib. Digər yarali Nazim Vəliyev 3 sayli şəhər xəstəxanasina yerləşdirilib.

Qeyd edək ki hadisəni törədən sürücü Rövşən Nəzərov hadisə yerindən qaçmişdi.

Mustəntiq onu da əlavə edb ki bu faktla bağlı Cinayət Məcəlləsinin 263.2 və 264-cu maddələri ilə cinayət işi başlanilib.

Nicat Suleymanov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm