Zakir Həsənovdan erməniləri “vurun” əmri - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənovdan erməniləri “vurun” əmri - RƏSMİ

"Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri ona layiq olduğu istənilən cavabı verməyə yetərincə gücə, qüvvəyə və maddi-texniki imkanlara malikdir".


AzVision.az xəbər verir ki, bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verməsinə dair yayılan informasiyanı şərh edərkən deyib.


V.Dərgahlı bildirib ki, müdafiənin ön xəttindəki bölmələrimiz təbii olaraq həm postlarımıza, həm də mülki əhaliyə qarşı yönələn düşmən hərəkətlərinə dərhal və tutarlı cavab verir, onun atəş nöqtələrini susdurur: "Hətta müharibənin də öz qaydaları, öz qanunları var. Buna da riayət olunmalıdır. Ermənistan tərəfi isə heç zaman bu qaydalara riayət etməyib".


Onun sözlərinə görə, Azərbaycan tərəfinin silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı istənilən hücumları daim pisləməsi, beynəlxalq humanitar və insan hüquqları barədə qanunlara qəti şəkildə riayət edilməsi çağırışlarına baxmayaraq, Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir, Cenevrə Konvensiyasını, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrini kobud surətdə pozur: "Bu kimi halların qarşısını almaq üçün humanitar və insan hüquqlarını pozan Ermənistan hərbçilərinin cinayət məsuliyyətinə cəlb olunması vacibdir və beynəlxalq qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir".


Qeyd edək ki, mətbuatda yer alan məlumata görə, müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib.


Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm