Hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Hava necə olacaq?

Sabah Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək, temperatur yüksələcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyulun 2-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə saatlarında bəzi ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz şimal-şərq küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.


İyulun 2-də Azərbaycanın əksər bölgələrində yağmursuz hava şəraiti proqnozlaşdırılır, lakin əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 14-19, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.


Mülayim hava şəraiti yaxın 2-3 gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm