Sabir Vəliyevə yeni vəzifə verildi
Bizi izləyin

Qırmızı.az

Sabir Vəliyevə yeni vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinin keçmiş şöbə müdiri Sabir Vəliyevə yeni vəzifə verilib.

Movqe.az xəbər verir ki, nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev Tovuz Baltiya LTD-nin nəzdindəki Azərfrans şirkətinə baş direktor təyin edilib. Məlumatı Tovuz Baltiya LTD-dən də təsdiqləyiblər.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm