Elnarənin «Jeep»i hələ də cərimə meydançasında saxlanılır – VİDEO
Bizi izləyin

Qırmızı.az

Elnarənin «Jeep»i hələ də cərimə meydançasında saxlanılır – VİDEO

Müğənni Elnarə Xəlilovaya məxsus «Jeep-Wrangler» markalı avtomobil hələ də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılır. İyunun 13-də axşam saatlarında Elnarə Xəlilovaya məxsus avtomaşının dövlət nömrə nişanının üzərinə kustar üsulla hazırlanmış qeyri-standart və üzərində müğənninin adı yazılmış löhvə aşkarlanmışdı. Bütün bunlar təhlükəsizlik kameralarında anbaan lentə alınıb. Sürücü xanım «Azneft» dairəsində yol polis əməkdaşları tərəfindən saxlanılır.

Ancaq o, əmrə tabe olmaq istəmir. Hətta adı yazılmış löhvəni özü qoparmaq istəyib. Lakin polis əməkdaşları buna imkan vermir. Və ona avtomaşınını cərimə meydançasına aparmaq üçün protokol təyin olunur. Bundan sonra müğənni bu azmış kimi avtomaşınını cərimə meydançasına apararkən Parlament prospektində yolun qadağan olunmuş hissəsində maşınını saxlayıb müşahidə kameralarına əl edib. Daha sonra o, yolda qəza şəraiti də yaratmaqdan çəkinməyib. Onun 99 FB 078 dövlət qeydiyyat nişanlı avtomobili artıq 18 gündür ki, cərimə meydançasında saxlanır.


Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirdi ki, onun avtomobili sürücünün yol hərəkəti qaydalarının kobud şəkildə pozduğu gündən cərimə meydançasında saxlanılır. Müfaviq olaraq protokol tərtib olunub. Amma bu günə qədər Elnarə Xəlilova cərimə meydançasından avtomobilini götürmək üçün müraciət belə etməyib.


Qanunvericiliyə görə, Elnarə Xəlilova ona yazılmış cəriməni ödəməmiş avtomobili cərimə meydançasından çıxara bilər. Yəni, cəriməni avtomobili götürdükdən sonra da ödəyə bilər. Müğənni, avtomobili cərimə meydançasından çıxarmaq üçün sadəcə olaraq müvafiq sənədləri təqdim etməli və avtomobilin orada saxlanılmasına görə hər gün üçün 30 qəpik dayanacaqpulu ödəməlidir.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm