Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq artırılır
Bizi izləyin

Qırmızı.az

Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq artırılır

“Üçüncü Sektor” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığı ilə mübarizədə ictimai fəallığın artırılması” adlı layihəsini yekunlaşdırdı.

Publika.az-ın məlumatına görə, Layihə çərçivəsində Bərdə, Ağdam, Hacıqabul, Şirvan rayonlarında 200 qadın, kişi və gənclər arasında maarifləndirmə tədbirləri həyata keçirib.

“Üçüncü Sektor” ictimai birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən layihənin icrası zamanı müvafiq qurumları cəlb etməklə məişət zorakılığı ilə mübarizə sahəsində ixtisaslaşmış ekspertlərin təcrübəsindən istifadə olunub, gənclərin məişət zorakılığı ilə bağlı qanunvericiliklə yaxından tanış edilmələri təmin edilib, eyni zamanda müxtəlif maarifləndirmə materialları paylanılıb.

Seminarlar zamanı iştirakçılara məişət zorakılığı baş verdikdə aidiyyəti orqanlara müraciət qaydası öyrədilib, ehtiyacı olanlara yerindəcə hüquqi və psixoloji dəstək verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm