Qırmızı.az
67 yaşlı kişi evində ölü tapıldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1947-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-nın rəsmi saytına istinadən xəbər
verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən
məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və
telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində
yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi
alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından daxil
olublar. Mənzilə baxış keçirilərkən Arif Ağaəli oğlu Dadaşov
hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan Təcili
Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin
müayinə nəticəsində A.Dadaşovun vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə
təhvil verilib. Əməliyyat saat 17:41-də başa çatıb.
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR