Şəmkirdə "Jiquli" yük maşını ilə toqquşdu
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə "Jiquli" yük maşını ilə toqquşdu

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

ANS PRESS-in məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 390-cı kilometrliyində baş verib.

Vüqar Məmmədovun idarə etdiyi “VAZ 21015” markalı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən Nofəl Matıyevin idarə etdiyi “Ford Tranzit” markalı yük maşını ilə toqquşub.

“VAZ 21015”in sürücüsü Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya səbəb kimi “VAZ 21015”in yüksək sürətlə hərəkət etməsi göstərilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm