Ovanisyan: “Azərbaycan diversiya qrupu Tavuşa girdi”
Bizi izləyin

Qırmızı.az

Ovanisyan: “Azərbaycan diversiya qrupu Tavuşa girdi”

“Bu dəqiqələrdə Azərbaycan Ordusunun diversiya kəşfiyyat qrupunun qarşısı alınıb”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Arçrun Ovanisyan çıxış edib.

O, Azərbaycanın diversiya kəşfiyyat qrupunun Tavuş əyaləti Meqraba kəndi istiqamətində cəbhəni keçməyə çalışdığını deyib:

“İlkin məlumatlara görə, erməni tərəfindən heç bir ölən və yaralanan yoxdur. Düşmənin hərəkəti dayandırılıb”.

Qeyd edək ki, erməni tərəfinin bu iddiası ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaymayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm