Dəhşətli terror: 10 ölü
Bizi izləyin

Qırmızı.az

Dəhşətli terror: 10 ölü

Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərinin mərkəzi bazarında partlayış törədilib.

Publika.az-ın məlumatına görə, partlayış nəticəsində ona yaxın insanın həlak olduğu haqqında xəbərlər yayılıb.

Partlayıcı maddənin kömür yerləşdirilmiş furqonda quraşdırıldığı təxmin edilir.

Hal-hazırda partlayışın arxasında kimin durduğu məlum olmasa da ancaq partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.

Nigeriyanın şimalında fövqəladə vəziyyətə baxmayaraq, “Boko Haram” əvvəlki kimi regionda çox aktivdir.

Keçən həftə Abudje şəhərində 20-dən çox insanın həlak olması ilə nəticələnən partlayışın təşkilində də “Boko Haram”dan şübhələnirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm