Qırmızı.az
Hava isinir- 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə
yağış yağacağı ehtimalı var. Temperatur gecə 19-23°, gündüz 28-33°
isti, Bakıda gecə 21-23°, gündüz 29-31° isti olacaqdır. Atmosfer
təzyiqi normadan yuxarı 763 mm civə sütunu, nisbi rütubət gecə
70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24°
isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam bəzi
yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən,
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
ehtimalı var. Temperaturun gecə 10-15°, gündüz 19-24° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında,
əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
ehtimalı var. Temperaturun gecə 14-19°, gündüz 23-28° isti olacağı
gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz
keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış
yağacağı ehtimalı var. Temperaturun gecə 19-24°, gündüz 30-35°,
bəzi yerlərdə 37° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən,
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
ehtimalı var. Temperaturun gecə 21-23°, gündüz 26-31° isti,
dağlarda gecə 10-15°, gündüz 15-19° isti olacağı gözlənilir.
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO