AMEA işçilərinə yaş senzi tətbiq ediləcək-rəsmi açıqlama
Bizi izləyin

Qırmızı.az

AMEA işçilərinə yaş senzi tətbiq ediləcək-rəsmi açıqlama

AMEA işçilərinə yaş senzi tətbiq ediləcək-rəsmi açıqlama

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni işçilərin işə qəbulu bir qayda olaraq Azərbaycan Res­pub­li­kasının Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcək.

Bu barədə qərar dekabrın 25-də Rəyasət Heyətinin iclasında qəbul edilib.

AMEA-nın mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib ki, məcəllədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70 yaşdır.

Buna baxmayaraq, məcəllənin digər bəndlərinə edilmiş əlavələr dövlət büdcəsindən maliyyələşən elm, mədəniyyət, səhiyyə və təhsil müəssisələrində çalışmanın yaş həddinin 70-dən yuxarı uzadılmasına imkan verir.

Lakin 10 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinə 3-cü bənd əlavə edilib.

Həmin bənddə göstərilir: Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi tədqiqat və ali təhsil müəssisələrinə şamil edilmir.

Əmək qanunvericiliyinə edilmiş bu əlavə əvvəlki əlavələrlə ziddiyyət təşkil edir. Bu qanun norması AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış çoxsaylı elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır.

Qərara görə, AMEA-da çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, altmış yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaq. Həmçinin, Akademiyada çalışan işçilərin 2014-cü ildə fevralın 1-dən aprelin 30-dək attestasiyası keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm