Azərbaycanda yeni rayon yaranır – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni rayon yaranır – FOTOLAR

Sumqayıtda yeni yaradılacaq rayon üçün İcra Hakimiyyəti binası tikilir.

Bu barədə məlumatı Axar.az-a Sumqayıt şəhərinin sakinləri veriblər. Onların sözlərinə görə, İcra Hakimiyyətinin binası Sumqayıtın 18-ci mikrorayon ərazisində tikilir. Artıq yeni tikilinin önündəki yolların da asfaltlandığını fotolardan görünür.

Yeni yaradılan rayon Saray qəsəbəsinin bir hissəsini də əhatə edəcək. Bununla bərabər, Ceyranbatan yolunun sağ tərəfinin də Sumqayıtın tərkibinə verilməsi planlaşdırılır.

Rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək. Digər rayonun sərhədləri isə 9-cu mikrorayondan Abşeron rayonunun Saray qəsəbəsinədək nəzərdə tutulub.

Qeyd edək ki, məsələni aydınlaşdırmaq üçün Sumqayıt İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.

Onu da xatırladaq ki, bir müddət öncə mətbuatda Sumqayıtın Baş Planının müzakirəsi zamanı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun bu barədə çıxış etmişdi. O, bu bölgünün 2013-cü il 9 oktyabr prezident seçkisindən sonra həyata keçiriləcəyini söyləmişdi. Lakin E.Əzizov bölgünün hansı ərazidən aparılacağını və rayonların adlarını açıqlamamışdı. O, yalnız ərazilərin Abşeron rayonu hesabına genişləndiriləcəyini vurğulamışdı.

Yeni binanın görüntülərini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm