Qırmızı.az
Əlillər Nabrana istirahətə göndərildi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 76 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə yola salındı.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, bununla da son ay yarım ərzində 627 nəfər əlilliyi olan şəxs ölkənin Lənkəran və Xaçmaz rayonlarındakı dənizkənarı istirahət mərkəzlərinə istirahətə yola salınıb.
Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, balıq ovu, müxtəlif gəzinti turları, idman yarışları, viktorinalar və s. təşkil edilməklə yanaşı, onlar tibbi və fizioterapevtik müalicə prosedurlarına da cəlb olunurlar.
Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunur.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK