İran vətəndaşı Bakıda körpünü dağıtdı
Bizi izləyin

Qırmızı.az

İran vətəndaşı Bakıda körpünü dağıtdı

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində körpü dağılıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, hadisə Məhəmmədəmin Rəsulzadə qəsəbəsi ilə Biləcəri qəsəbəsi arasındakı körpüdə qeydə alınıb.

Belə ki, İran vətəndaşı Cəmai Fərhadın idarə etdiyi TIR körpüdən keçərkən həddindən artıq hündür olduğu üçün ilişib. Nəticədə körpüdə dağıntı olub.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Hadisə zamanı ərazidə avtomobil sıxlığı yaşanıb. Lakin qısa müddət ərzində problem aradan qaldırılıb.

Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm