Qənirə Paşayeva Qazaxıstan nümayəndə heyəti ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Fransada Qazaxıstan Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycan Qazaxıstan ilə bütün istiqamətlərdə və sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib.

Ölkələrimizin rəhbərləri cənab İlham Əliyev və Nursultan Nazarbayev arasında olan yüksək dostluq münasibətlərinin və onların rəhbərliyi altında iki qardaş ölkə münasibətlərinin inkişafı istiqamətində görülən önəmli işlər və layihələrdən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycan parlamentinin də Qazaxıstanla əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini, parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Qənirə Paşayeva deyib ki, Azərbaycan və Qazaxıstan parlament üzvləri, Parlamentlərarası Dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində əməkdaşlığı və işbirliyini daha da artırmalıdır.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib.

Qazaxıstanın AŞPA-da müşahidəçilik statusunu almasında Azərbaycanın dəstəyini hər zaman xatırladıqlarını deyən Qazaxıstan nümayəndə heyətinin üzvləri iki qardaş ölkə olan Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olmasını və bu əməkdaşlığı bundan sonra da daha da artacağına inandıqlarını deyiblər və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Qazaxıstanın bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm