Qırmızı.az
Naxçıvanda da Gülən məktəbləri bağlandı
Naxçıvanda fəaliyyət göstərən türk liseyləri də bağlanıb
Bu barədə informasiya virtualaz.org saytının redaksiyasına Naxçıvandakı mənbələrdən daxil olub.
Xəbərə görə, Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət
göstərən üç Gülən məktəbi - Naxçıvan Türk Liseyi, Şərur Türk Liseyi
və Ordubad Qız Liseyi fəaliyyətini dayandırıb.
Muxtar respublikanın Təhsil Nazirliyindən liseylərə gələn
komissiyalar eyni ilə Bakıda və digər rayonlarda olduğu kimi,
Naxçıvandakı bu təhsil ocaqlarının da bağlanacağını deyiblər.
Liseylərə fəaliyyətlərinə hüquqi müstəvidə də xitam vermək üçün
avqust ayının 15-dək vaxt verilib.
Xatırladaq ki, Naxçıvandan başqa Azərbaycan Dövlət Neft Şirkətinin
nəzdindəki Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil olan və
daha çox “Fətullah Gülən məktəbləri” kimi tanınan 11 lisey - Ağdaş
liseyi, Bakı liseyi, Dədə Qorqud liseyi, Qafqaz gimnaziyası, Gəncə
liseyi, Quba liseyi, Lənkəran liseyi, Mingəçevir liseyi, Sumqayıt
liseyi, Şəki liseyi və Şirvan liseyi ötən ay bağlanmışdı.
Naxçıvandakı liseylər isə Beynəlxalq Təhsil Kompleksinin tərkibinə
daxil deyildi. Buna görə də onların bağlanmayacağı gözlənilirdi.
Lakin Naxçıvan MR Təhsil Nazirliyi və “Zaman öyrətim” təhsil
şirkəti nəzdində fəaliyyət göstərən bu üç liseyin də bağlanmasına
qərar verilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!