Əli Həsənov onu təqaüdə göndərdi
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov onu təqaüdə göndərdi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna yeni rəhbər təyin olunub.

İşçi Qrupundan Publika.az-a verilən məlumata görə, Məzahir Əliyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Dövlət Komissiyasının rəhbəri Əli Həsənovun müvafiq əmri ilə işçi qrupuna Fəqan Şahverdiyev rəhbər təyin edilib.

F. Şahverdiyev işçi qrupun əməkdaşı olub.

M. Əliyev 2012-ci ildən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna rəhbərlik edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm