İntellektual mülkiyyət məhsulları ilə bağlı mühüm qərar
Bizi izləyin

Qırmızı.az

İntellektual mülkiyyət məhsulları ilə bağlı mühüm qərar

Azərbaycan hökuməti intellektual mülkiyyət məhsullarında xüsusi nəzarət markalarının (holoqram) tətbiq olunmasını təsdiq edib.

Publika.az-ın xəbərinə görə, Müəllif Hüquqları Agentliyindən Trend-ə bildirilib ki, hazırda Agentlik nəzarət holoqramlarının tətbiqi üzrə iş mexanizmini hazırlayır: "Sənədlərin hazırlanması işi son mərhələdədir. Holoqramlar bu sənədlər əsasında tətbiq olunacaq. Yaxın vaxtlarda holoqramların tətbiq olunacağı gözlənilir".

Xüsusi nəzarət holoqramları ilə proqram məhsulları, dərman preparatlarının qablaşdırmaları, kitabların (həmçinin dini) cildləri və digər məhsullar nişanlanacaq.

Ümumilikdə müəllif, oxşar və digər hüquqlar daşıyan bütün Azərbaycan məhsullarının xüsusi nəzarət holoqramları ilə nişanlanacağı gözlənilir.

Nəzarət markaları müəllif hüququ məhsullarının istehsalçılarına onların sorğusu əsasında məhdud sayda veriləcək. Bu holoqramlar olamadan satılan məhsullar qeyri-qanuni sayılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm