Qırmızı.az
Bakı-Qazax yolunda ağır qəza: 1 ölü, 16 yaralı (YENİLƏNİB)
Bu gecə saat 04:30-da Bakı-Qazax yolunda dəhşətli yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Fərman Yusif oğlu Hacıyevin idarə etdiyi “VAZ-21011” markalı, 41-BB-557 dövlət nömrə nişanlı avtomobillə Adil Rafiq oğlu Nəzərovun idarə etdiyi “Ford” markalı, “JJC-229” dövlət nömrə nişanlı avtobus toqquşub.
Zərbənin təsirindən “VAZ” markalı avtomobil istifadəyə yararsız
hala düşüb. Maşının sürücüsü də sükan arxasında dünyasını dəyişib.
Avtobusda olan sərnişinlərdən isə 16 nəfər yaralanıb. Yaralılardan
7 nəfər Ucar rayon Mərkəzi Xəstəxanasına, 8 nəfər isə Ağdaş rayon
Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlar aşağıdakılardır: 30 yaşlı Samir Hacıyev, 33 yaşlı
Sərminə Hüseynova, 67 yaşlı Ədalət Osmanov, 29 yaşlı Tarif
Mirzəyev, 42 yaşlı Yeganə Qəzənzadə, 49 yaşlı Turac Namazova, 63
yaşlı Gülpəri Osmanova, 25 yaşlı Əzizə Əliyeva və 62 yaşlı Əsgər
Əliyevdir.
Ədalət Osmanovla Gülpəri Osmanovanın vəziyyətləri nisbətən daha
ağırdı.
Faktla bağlı araşdırma aparılır.
09:45
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Qazax yolunda ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yenicə kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus "Ford" markalı sərnişin mikroavtobusu sahibi məlum olmayan "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol qaza hadisəsi baş verib.
Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb
olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum
olub ki, mikroavtobusda olan 15 nəfər şəxsiyyətləri məlum olmayan
sərnişinlər müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım
Xidməti tərəfindən Ucar və Ağdaş rayon Mərkəzi xəstəxanalarına
aparılıb.
Mikroavtobusda sıxılmış vəziyyətda qalmış 1 nəfər sərnişin isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla mikroavtobusdan çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Əməliyyat saat 03:28-də başa çatıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK