Qırmızı.az
"Bakı Metropoliteni"nin strukturu təsdiqləndi
Azərbaycan hökuməti "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu təsdiq edib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27
fevral tarixli 289 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alıb ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar
Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin strukturu" təsdiq
edilsin.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin
və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir,
onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis
etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları "Bakı
Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. "Bakı
Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından
keçdiyi andan Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar
Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər.
"Bakı Metropoliteni Nizamnaməsinin təsdiqi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 197
nömrəli qərarı ləğv edilsin.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO