“Dəmir barmaqlıqlar”da ölüm
Bizi izləyin

Qırmızı.az

“Dəmir barmaqlıqlar”da ölüm

Ötən gecə saat 23:00-da Bakının Suraxanı rayonunda 48 yaşlı kişi iş yerində özünü asıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində “Dəmir barmaqlıqlar” adlı dəmirçi sexində baş verib.


Həmin sexdə işləyən Əmircan qəsəbə sakini 1966-cı il təvəllüdlü Firudin Ziyadxan oğlu Mürsəlovun asılmış meyidi tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib. Araşdırmalar zamanı F.Mürsəlovun intihar etdiyi məlum olub.


Qeyd edək ki, Firudin Mürsəlov evli olub. Lakin övladı olmayıb. Onun uzun zaman spritli içki qəbul edirmiş. Onun depresiyada olduğu deyilir. Lakin intiharın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm