Tələbələr elmi tədqiqat işlərinə cəlb olunacaqlar
Bizi izləyin

Qırmızı.az

Tələbələr elmi tədqiqat işlərinə cəlb olunacaqlar

Azərbaycanda tələbələr kafedra və elmi bölmə rəhbərləri tərəfindən ödənişli əsaslarla (qrant hesabına, təsərrüfat müqaviləsi əsasında) aparılan elmi tədqiqat işlərinə cəlb oluna və əməkhaqqı ala bilərlər.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu, təhsil nazirinin əmri ilə təsdiqlənən "Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə"də öz əksini tapıb.

Əsasnaməyə görə, bakalavriat səviyyəsində tələbələrə tapşırıqlar verilərkən onların təhsildə əldə etdiyi uğurları nəzərə alınmalı, eyni zamanda onlara problem xarakterli tapşırıqlar verilməməlidir. Bu tapşırıqlarda yaradıcılıq elementlərindən istifadə olunması, sadə araşdırmaların və tədqiqatların aparılması nəzərdə tutulmalıdır.

Təhsildənkənar vaxtlarda yerinə yetirilən və tədris proqramlarının tələblərinə cavab verən tələbənin elmi tədiqat işi müvafiq laboratoriya, kurs, buraxılış və ya dissertasiya işi kimi də qəbul edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm