TQDK abituriyentlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK abituriyentlərə müraciət etdi

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə təqdim etmiş bəzi abituriyentlər, eyni zamanda, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim ediblər.


Publika.az TQDK-nın saytına istinadən xəbər verir ki, iyunun 29-da ümumi orta təhsil bazasında kolleclərə keçirilən qəbul imtahanında müsabiqə şərtini ödəyən və ixtisas seçiminə buraxılan həmin abituriyentlər bu təhsil pilləsinə qəbul olduqları təqdirdə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək hüqüqlarını itirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm