İndi falımıza türklər baxacaq
Bizi izləyin

Qırmızı.az

İndi falımıza türklər baxacaq

Azərbaycanlıların falçıya olan marağı türk qardaşlarımızın da diqqətinə səbəb olub. Internetə çıxış imkanı olanlar üçün yaradılmış binnazabla.com adlı sayt, təkcə türkiyəlilərə yox, azərbaycanlılara da xidmət göstərir.

Sayta daxil olanlar ilk növbədə kimin onların falına baxmasını seçirlər. Əsas səhifədə şərhçilər (falçıların) adları, bu vaxta qədər nə qədər fala baxması, üsullar, ondan məmnun qalanlar barədə məlumat yer alır.

Qeyd edim ki, falçılar ulduzları ilə də fərqlənir. Şərhçilər 500 falı tamamladıqdan sonra aldıqları bala görə, ulduz qazanırlar.

Şərhçinizi seçdikdən sonra, hansı üsulla fala baxdırmaq istədiyinizi müəyyən edirsiniz. Siz canlı, kartla, tarot, astrologiya, və s üsulla baxdırmaq istədiyinizi seçə bilərsiniz. Məsələn, qəhvə ilə fala baxmaq istəyirsinizsə, ənənəvi formada olduğu kimi, içdikdən sonra fincanı tərsinə çevirirsiniz. Soyuduqdan sonra fincanın və nəlbəkinin şəklini çəkib göndərirsiniz.

Falınıza cavab verilməsi üçün təxminən 2 saat vaxt lazım olur. Şərhçilərin texniki və şəxsi problemlərinə görə bir az gecikmə ola bilər.

Bu xidmətə görə ödənişin üsul və məbləği fərqlidir. Ödənişi SMS, kredit kartı, fal xalı ilə ödəmək yolu ilə mümkündür. Hər şərhçinin özünə məxsus qiyməti var və 10-17 dollar arasında dəyişir.

Şərhçilər arasında oğlanlar da var. Saytın məlumatlarını oxuduqdan orada “işləməyin” çətin olmadığı anlaşılır. Təhsil, ad, soyad və s kiçik informasiyalar yazmaqla şərhçi olmağa namizəd hesab edilirsiniz.

Bu vaxta qədər falçılar savadsız insanları aldadaraq gələcəkdən xəbər verdiklərinə inandırmaq üçün min oyundan çıxırdılarsa, yeni üsul daha müasir insanlar üçün nəzərdə tutulub. Saytda onlayn olanlar və şərhçilər qarşısındakı növbələr, yazılan şərhlər onlara marağın az olmadığını göstərir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm